COLAB. – coworking space that will help to restart your business

Əziz dostlar, bir çoxlarımız artıq şirkətimizin fəaliyyəti ilə tanışsınız, hansı ki, Workplace İnteryers, (www.workplace.group) ofislər, otellər, universitetlər, konfrans mərkəzləri və ticarət obyektlərində (material və mebel təchizatı daxil olmaqla) təmir və tikinti işləri ilə məşğul olur.

Ofis məkanlarının təşkili ilə bağlı çoxillik təcrübəmizi nəzərə alaraq, 2017-ci ildə öz kovörkinq mərkəzlərimiz şəbəkəsini yaratmaq ideyasına gəldik. Port Baku binasında yerləşən bu mərkəz COLAB. adlandırıldı. (https://www.facebook.com/colab.az/) Bugünə qədər bu layihə bizim üçün kommersial deyil, sosial bir layihə olmuşdur- üstəlik sərbəst çalışan və özəl fəaliyyət göstərən iş adamları hələ formalaşmaqdadır. Buna baxmayaraq, biz bu sahənin böyük potensialına inanırıq.

Xüsusilə indiki zamanda, daha uyğun şərtlərlə tam təchiz edilmiş ofis məkanlarının olması bir çox sahibkarlar üçün lazimi köməklik yaradacaqdır. Biz eləcə də, korporativ biznes sahələrinin bu konsepsiyaya diqqət yetirəcəyinə və qiymətləndirəcəyinə əminik.

Ölkəmizin rəhbərliyi tərəfindən karantin tədbirlərinin tətbiq edilməsinin çox soyuqqanlı və balanslı taktikaları sayəsində tezliklə iş fəaliyyəti tam bərpa olunacaqdır. Bu vaxt ərzində isə istifadəçilərin saxlanılması və dəstək olunması bizim üçün önəmlidir:

  • 1-16 mart 2020 tarixləri arasında COLAB.da aktiv bir paketi olan bütün istifadəçilər (karantin səbəbiylə bağlandığı üçün) 5 may 2020 tarixindən etibarən eyni iştirak paketlərini yenidən pulsuz istifadə edəcəklər. Beləliklə mərkəzin iş fəaliyyəti önümüzdəki aydan maliyyələşdiriləcəkdir.
  • Bundan əlavə olaraq iyun- avqust periodu üçün nəzərdə tutulmuş bütün paketlərin ödənişi may ayının sonuna kimi edildiyi təqdirdə,istifadəçilər paketinin yalnız 70 %-ni ödəyəcəkdir.

Bunlar yalnız endirimlər deyil, çünki mərkəzin fəaliyyəti ilə bağlı bütün xərclər dəyişməz olaraq qalır və biz onları maliyyələşdirəcəyik. Bu iş fəaliyyətinin bərpasının ilkin mərhələsində istifadəçilərin xərclərini azaltmaq və dəstək olmaq üçün nəzərdə tutulmuşdur.

Artıq işlərin əvvəlki vəziyyətə tezliklə qaytarılması üçün səmərəli və səylə çalışmağın vaxtıdır və biz əminik ki, COLAB. bu prosesdə ən doğru platformadır.

Leave a Reply

HAQQIMIZDA

Workplace Interiors daxili dizayn üzrə çox sahəli və tam çeşidli peşəkar şirkət və hazır layihə təminatçısıdır. Təklif etdiyimiz həllər - Azərbaycanda təmsil olunan və dünyanın ən qabaqcıl mebel, işıqlandırma, döşəmə, arakəsmə və asma tavan istehsalçılarının yüksək keyfiyyətli məhsullarıdır.

Məhsul Portfoliosu