Xalça

Çeşidli tikinti növləri, büdcə və estetik imkanları nəzərə alaraq, Workplace Interiors yüksək məhsuldarlıq səviyyəsinə malik xalça örtüklər üzrə həllərin təmin olunmasında qabaqcıl mövqe tutmaqdadır. İş yerlərində döşəmə üçün örtüklər müvafiq ekroqonimklik və akustik üstünlüklərdən təmin etməklə bərabər, işçi qüvvəsinin məhsuldarlığı və rifahı üçün də müsbət töhfə verir.

Yüksəldilmiş döşəmə

Workplace Interiors yanğından və səsdən qorunma, yük daşıma, elektrostatika, istilik və soyutma texnologiyalarının xüsusi tələblərinə bütövlüklə cavab verən və dünyanın ən qabaqcıl istehsalçılarının təqdim etdiyi yüksəldilmiş döşəmə sistemlərini təmin edir. Məqsədimiz əksər müştərilərin xüsusi ehtiyaclarını qarşılamağa bacaran ən yaxşı döşəmə seçimlərini təqdim etməkdir.

Asma tavan

Workplace Interiors hər bir otaq və layihə üçün ən düzgün seçimi mütləq tapacaq. Biz müştərinin maddi və funksionallıq tələblər, habelə rəng seçiminə əsasən sınaqdan keçmiş sistemlər təhciz edir və həddən artıq mürəkkəb sahələr üçün yeni həllər işləyib hazırlayırıq. Təmsil etdiyimiz asma tavan sistemləri otağın akustikasını yaxşılaşdırır və münbit iş mühiti yaradır.

Divar arakəsmə

Bazarın və təkamülün ən son tendesiyalarına uyğunlaşmaq üçün, biz müştərinin özəl tələblərinə uyğun və quraşdırılma üçün hazır arakəsmə sistemləri təhciz etməyə çalışırıq. Bir neçə hissədən ibarət olması, akustik xüsusiyyəti və estetik görünüşü nəticədə açıq və insanların işləməsə üçün məkan yaratmağa imkan verir. Biz dözümlülük, akustik izolyasiya, parıltı və şəffaflıq, qorumaq və gizlilik, habelə istifadədə universallıq və uyğunlaşma baxımdan üstün xüsusiyyətlərə malik arakəsmə sistemləri təhciz edirik.

İşıqlandırma

İşıq həyatı yaradır, təmin edir və bəxş edir. Məhz işığın gücü ilə bizim hissiyyat və anlayışlarımız oyanır və yaşadığımız mühiti, onun memarlıq üslubunu və quruluşunu duyuruq. Eksklüziv işıqlandırma həllərimiz sağlam mühit və təcrübə yaratmağa imkan açır.

Beynəlxalq Tərəfdaşlar