Layihələdirmə və Tikinti

İnteryerin dizaynından başlayaraq, təfsilatlı layihənin hazırlanması, o cümlədən MEP, layihənin idarəedilməsi, tikinti, binadaxili işlər və mebel və dekorativ elementlər də daxil olmaqla, materialların təhcizatına qədər geniş biliklər və təcrübə bizə Müştərilərimizlə vahid heyət kimi çalışmağa imkan verir. Layihə sənədi Müştəri tərəfindən təsdiq ediləndən sonra, biz onun istəklərini dəqiqliklə həyata keçirir və tələblərinə ciddi riayət edirik. Müştəri ilə növbəti görüşümüz onun köçməsi üçün işlərin təhvil verilməsi vaxtı hazır məkana ziyarəti zamanı baş tutur.

Tikinti və təmir

Layihələrin idarə edilməsi üzrə heyətlərimiz, habelə interyer üçün geniş materiallar portfeli Workplace olaraq bizə falşdöşəmə və asma tavanları, ştukatur və malyar, blok, hamarlama işlərini və qabaqcıl mühəndislik şirkətlərinin dəstəyi ilə mexaniki, elektrik və işıqlandırma həllərini təklif edə bilməyimiz tikinti layihələri çərçivəsində müxtəlif istəklərin reallığa çevrilməsi üçün imkan yaradır.

İnteryer Dizayn

Workplace Interior şirkətinin dizayn qrupu yüksək keyfiyyətli daxili mühitə nail olmaq üçün yaradıcı və texniki həllər işləyib hazırlayır. Təklif etdiyimiz həllər işləkdir, həyatın keyfiyyətini və sakinlərin mədəniyyətini artırır, və estetik baxımdan cəlbedicidirlər. Məkanların dizaynını qurduqda biz sınaqdan keçmiş təcrübə və məhsullardan istifadə edirik ki, yaradıcı fikirlərimiz real həyatda tətbiqini tapa bilsinlər və icrası ağlabatan qiymətə başa gəlsin. 3D dizayn studiyamız layihənin yekun təsvirini əks etdirən yüksək keyfiyyətli CGİ yaradır.

Məkanın planlaşdırılması

Binanın sahibi və yaxud kirayəçisi olmağınızdan, və yaxud məkanın üslubunu biznes prosesslərlə və yaxud akademik proqrama uzlaşdıran yeni ofisiniz və ya təhsil müəssisəniz üçün uyğun gələn dizaynı axtarmağınızdan asılı olmayaraq, məkanın planlaşdırılması üzrə mütəxəssislərimiz sizə kömək etmək üçün hazırdırlar. Biz müştərilərimizin düzgün istiqamətdə hərəkət etməsinə kömək etmək üçün oxunaqlı 2D və 3D maketlər işləyib hazırlaya bilirik.