İş yerinizi xüsusi bir məkana çevirin Ofis mebeli Məhsul portfoliomuz sizin korporativ, təhsil və ictimai layihələriniz üçün saysız hesabsız həllər təklif edir. Daha ətraflı Vahid həll çərçivəsində dizayn və layihənin idarə olunması Tam təmirli layihələr Layihənizi vərəq üstü eskizdən real vəziyyətə çatdırırıq Daha ətraflı Layihənizi xüsusi edən materiallardır Arakəsmələr, tavan sistemləri, döşəmə sistemləri Material və sistem seçimlərində vahid yanaşma Daha ətraflı Keyfiyyətli ofis mühiti istedadları cəlb etməyə kömək edir Layihələrin icmalı Hər bir layihəmizin qürür mənbəyi olması naminə çalışırıq Daha ətraflı

İNTERYER MƏHSULARI VƏ HƏLLƏRİ

Workplace Interiors ölkədə ofislər, tədris kompleksləri, otel və konfrans zalları üçün məhsul və həllər təmin edən aparıcı şirkətlərdən biridir. Biz dünyanın ən böyük və ən etibarlı istehsalçılarının ofis avadanlığı və işıqlandırma, asma tavan və qaldırılmış döşəmə, xalça plitələr və divar arakəsmələrini təmin edirik.

ƏRAZİNİN PLANLAŞDIRILMASI VƏ İNTERYER DİZAYN

İşlədiyimiz sahə üzrə dərin biliklər Müştərilərimiz üçün xüsusi həllər işləyib hazırlamaqda kömək edir. Funksionallıq və insanlar arasında əməkdaşlıq təklif etdiyimiz məkanın planlaşdırılması və interyer dizayn işimizin əsasını təşkil edir. Biz bankların baş ofisindən başlayaraq filiallarına qədər, vəkil ofislərindən marketinq agentliklərinin ofislərinə qədər interyer dizaynı tərtib etməyə qadirik.

Layihələndirmə VƏ TAM TƏMİRLİ tikinti

İstənilən layihənin uğuru dizayn və layihə işinin keyfiyyətindən çox asılıdır ki, buraya mebeldən başlayaraq mexaniki işlərə qədər hər bir element daxildir. Hazır həllər, dərin texniki bilik və layihə dizaynının keyfiyyəti sayəsində layihə heyəti qısa zamanda interyeri tam hazır vəziyyətdə təhvil verə bilər.

Şirkətimiz

Workplace Interiors interyer üzrə çox sahəli və tam çeşidli peşəkar şirkət və hazır layihə təminatçısıdır. Təklif etdiyimiz həllər – Azərbaycanda təmsil olunan və dünyanın ən qabaqcıl mebel, işıqlandırma, döşəmə, arakəsmə və asma tavan istehsalçılarının yüksək keyfiyyətli məhsullarıdır. Ofisiniz və rəhbərliyin görüş otağı, toplantı və konfrans otaqları, habelə təhsil, otelçilik və ümumi sahələr üçün valehedici seçimlərdən ibarət portfolio təqdim edirik. Workplace Interiors öz peşəkar dizayn və spesifikasiya heyəti ilə qürur duyur. İstənilən tələb və məkan üçün biz hər zaman ən münasib dizayn və həll tapmağa müvəffəq oluruq. Təcrübəli mühəndislər və supervayzerlər tərəfindən idarə olunan Tikinti və Hazır Layihə Heyətimiz inanılmaz dərəcədə qısa müddət ərzində tapşırıqları yerinə yetirməyə qadirdir. Bu, ilkin layihədən başlayaraq, materialların seçimi və tikinti prosesi də daxil olmaqla, Workplace Interiors işin tam həcmini və prosesi bütövlüklə idarə edtdiyi hallarda özünü daha bariz göstərmiş olur.

Rəylər

  • “Workplace bizim istək və tələblərimizi dərhal başa düşdü və heyətimiz üçün yaradıcı və məhsuldar mühiti təmin etmək üçün tələb olunan mükəmməl ofis məkanını bizə təhvil verdi! Vaxtımıza qənaət və səylərimiz bəhrəsi!”

    Maksimilian Fraydenegg
    Blue Planet
  • “Layihənin təhvil prosesi zamanı Workplace Interiors MMC özünü ofis dizaynı, məkanın planlaşdırılması və ofis mebellərinin təhcizatı üzrə dərin biliklərə malik, etibara layiq və sədaqətli tərəfdaş kimi nümayiş etdirmişdir.”

    Elnur Bağırov
    Reemtsma Cigarettenfabriken GmbH Azerbaijan
  • “Workplace Interiors KPMG Azerbaijan Limited şirkəti üçün nəhəng layihəni başa çatdırmışdır: Port Bakı Biznes Mərkəzindəki yeni ofisimiz tikintisi zaman onların geniş dəstəyindən faydalanmışıq. Workplace Interiors gözəl iş və yüksək keyfiyyət təminatçısıdır. Biz onların işindən daim razı qalmışıq. Gələcəkdə Workplace Interiors ilə yenidən əməkdaşlıq etməyə ümid edirik.”

    KPMG Azerbaijan
  • “We have cooperated with the company WORKPLACE INTERIORS for the design, supply and installation of the furniture for our new office. Employees involved from company were very friendly, provided good advice and have been available at our request. The company demonstrated professional level and competency regarding its contractual obligation. All works were executed with high quality, in timely manner as well as based on the customized approach.”

    Samir Akhundov
    Siemens