Iş yeri: İkinci evimiz

Workplace Interiors dizayn şirkətinin direktoru İlham Behbudovla müsahibə.

Hazırda ətrafımızda bir çox proseslər çox sürətlə dəyişməkdədir: bu, həm iş üslubuna, həmçinin də idarəetmə metodlarına şamil oluna bilər. Fikrinizcə, işin təşkili prosesində ən əhəmiyyətli dəyişikliklər hansılardır?

Texnologiyalar işin təşkili baxımdan yanaşmalara təmamilə yeni imkanlar açır. Görüş iştirakçılarının bir qisminin dünyanın digər tərəfində olmasına baxmayraq, layihə müzakirəsinin keçirilməsi artıq sıravi təcrübəyə çevrilmişdir. E-poçt və smartfonlar, o cümlədən yeni proqram təminatı məlumat ötürülməsini asanlaşdırmış və onun sürətini inanılmaz qədər artırmışdır. Bir sadə misal çəkim: işçilərimizin hər biri üzərində işlədiklərə layihələr və yaxud çalışdıqları şöbələr üzrə Whatsapp proqramında çat qruplarının üzvləridirlər. Bu yolla onlar həmkarları ilə məlumatları dərhal paylaşa, problemli sahələr üzrə şəkilləri göndərə və hər birini səsli ismarıcla müşaiyət edə, habelə məsləhət ala və yaxud tapşırıq veriə bilərlər. 5 və ya 10 il əvvəl hər hansı problemin həlli üçün görüşdə iştirak edəcək insanların razılığını almalı və sonra görüşü təşkil etməli idin. İdarəetmə metodları dəyişməkdə, effektivlik artmaqdadır. Bu da, öz növbəsində, iş yerlərinin planlaşdırılmasına öz təsirini göstərəcək.

İnsanların işə qarşı münasibəti dəyişməkdədir. İş yerinin dizaynını qarşı menecer və işçilərinin müasir baxışı nədən ibarətdir?

Getdikcə insanlar erqonomik iş yerlərinin əhəmiyyətini başa düşməyə başlayıblar. Əvvəllər hər bir işçi içini müxtəlif qovluqlar və digər ofis “zibili” ilə doldurmaq üçün böyük dolabın olmasını istəyirdilər, indi isə hər kəs iş yerinin rahatlığı və iş masasının ayaqüstü işləmək üçün yararlı olub-olmaması ilə maraqlanır. Şəxsi həyat prosesləri, ailə və karyera artıq bir biri ilə çox əlaqələdir. Yuxuya sərf etdiyimiz vaxtı nəzərə almasaq, biz işdə evdən daha çox vaxt keçiririk. Odur ki, işçilər üçün rahatlıq və xoş abu havanın yaradılması menecerlə üçün əsas vəzifələrdən birinə çevrilmişdir. İş yerinin rahatlığı və təhlükəsizliyi iş axtaranlar üçün məvacibdən sonra ikinci ən əhəmiyyətli şərtdir. Eyni əmək haqqı təklif edən şirkətlər arasında seçim edən şəxs üçün iş mühiti həlledici faktora çevrilir və əslində söhbət yalnız iş deyil, ümumi mühitindən gedir (çün ki, biz əksər vaxtımızı işdə keçiririk). Rahatlıq və xoş mühit evi və hətta ikinci evi xatırladır, və hər bir kəs evini müdafiə etməli və onun üçün mübarizə aparılmalıdır – bu, insan varlığının xüsusiyyətidir və iş yerinin ikinci ev kimi qəbul etməyimiz xüsusilə vacibdir. Stereotiplər silinməkdədir: sizin divanda oturmağınız işsiz olmağınızdan dəlalət etmir. Korporasiyalar intizama deyil, motivasiyasıyaya, yaradıcılığın inkişafına fokuslanır. Günümüzün ən dəyərli məhsulu fikirdir və insanları fikirlərinə görə dəyərləndirirlər və onların müstəqil düşünməsi və yaratması üçün şərait yaradılır.

Istər şitkərin böyüməsi və yaxud kiçilməsi kimi dəyişikliklər baş verdikdə şirkət rəhbərlərinə nə məsləhət görərdiniz?

Böyük və yaxud kiçik olmasına baxmayaraq ofis şirkətin biznesi üçün əsas alətlərdən və ən böyük xərc maddələrindən biridir. Dəyişikliklərin, məsələnin şirkətin sörətli böyüməsini göz önünə gətirək. Bu o deməkdir ki, hər bir şey yaxşıdır, şirkət inkişaf edir və iş yerlərinin genişləndirilməsi ilə əlaqədar (yeni ofisin kirayəsi və yaxud mövcud ofisin böyüdülməsi) xərclər heç bir sual doğurmur. Çətinliklər xərclərin kəskin azalması vaxtı ortaya çıxır və bu halda düzgün planlaşdırma əhəmiyyətli rol oynayır. Fərz edək ki, siz şirkəti yenidən təşkil etməlisiniz. Sözsüz ki, yeni iş masaları üçün falş-döşəmənin bir neçə plitəsini asanlıqla qaldırıb yeni kommunikasiya və elektrik xəttləri çəkməyiniz daha rahatdır! Və yaxud, iki otaq arasındakı arakəsməni “toz qaldırmadan və səssiz” yarım saat içində sökməyiniz daha münasib yoldur. Belə də ola bilər ki, siz 4 nəfərlik iş masasından 8 nəfərlik masa yaratmaq üçün sadəcə əlavə mebel hissələri sifariş edəsiniz. Beləliklə, biz yalnız iş yerində dəyişiklikləri asanlıqla həyata keçirmək üçün deyil, həmçinin onun quraşdırılması asan olan materiallardan hazırlanmış sistemlərdən istifadə olunmasını tövsiyə edirik. Düzgün planlaşdırma məkandan optimal istifadəni mümkün edir və həmçinin havanın ventilyasiyası və soyudulması, elektrik və şəbəkə yükü, habelə yanğından mühafizə baxımından resurslara qənaət etmək üçün imkan verir. Hər bir iş məntiqli və təhlükəsiz olmalıdır. Digər bir misala istinad edim: optimallaşdırma zamanı şirkət mövcud və yaxud əvvəlkindən daha kiçik sahədə daha mümkün qədər çox işçi yerləşdirməyə çalışır. Lakin, bu halda onlar ventilyasiya, isitmə və soyutma, yanğın çıxışlarının sayının bu sayda insan üçün nəzərdə tutulmadığı haqqında düşünmürlər. Məhz bu məsələni layihənin əvvəlində düşünmək, binanın quruluşunu və fərdi ofislərin yerləşməsini düzgün planlaşdırmaq lazımdır. Sonradan dəyişiklik etmək çox çətin, bahalı və yaxud qeyri-mümkün olur

Müştərilərə iş üçün məkan seçməkdə necə kömək edirsiniz?

Müştərilərimiz ofis binasını axtardığı vaxtda biz “test-sınaq” kimi bir proses həyata keçiririk. Bundan əlavə, unutmamalıyıq ki, müxtəlif binalarda yerləşən eyni ölçülü sahədə eyni sayda insanı yerləşdirmək mümkün olmaya bilər. Hər bir binanın öz ventilyasiya və təhlükəsizlik tələbləri var. Misal üçün, A binasındakı sahə və müvafiq sistemlər 100 nəfərin oturmasını mümkün etdiyi təqdirdə, B binasındakı eyni ölçülü sahə və binanın quruluşu yalnız 70 nəfər əməkdaş üçün yararlı ola bilər. Bu halda, kirayəçi tərəfindən A binasının seçilməsi təəcüblü deyil. Məsələ ondan ibarətdir ki, bir nə qədər layihə müfəssəl olsa, bir o qədər bina sahibi və icarəçinin ehtiyacları universal və uzun-müddətli qarşılana biləcək və gələcək dəyişikliklərə uyğunlaşma daha ucuz, sürətli və rahat baş tutacaq. Söhbətin əvvəlində qeyd etdiyimiz kimi, hazırda hamımız sürətli dəyişən bir dünyada yaşayırıq.

Digər mühüm müzakir mövzusu – fərdi ofis məsələsidir. Şirkət rəhbərləri hələ də bu cür yanaşmaya meyil göstərirlər?

10-20 il əvvəl neft şirkəti ilə audit şirkətinin ofis quruluşu çox ciddi fərqlənirdi. Hazırda bu cür fərqlər aradan qalxmaqdadır. Diqqət fərdi ofislərdən ümumi sahələrə tərəf hərəkət edir. Əvvəllər insanlar idarəetmənin vizual iyerarxiyasının nümayiş etdirməyə çalışırdılarsa, müasir təşkilatlar görüş, konfrans otaqlarında, habelə əməkdaşların qeyri-formal ünsiyyəti qurduğu məkanlarda daha rahat mühitin yaradımasına meyillidirlər. Məkanın planlaşdırılmasında demokratik yanaşma müxtəlif elementlərin yerdəyişməsini mümkün edən mühüm amildir. Ofisdə hər bir vəzifə sahibi üçün ayrıca üslubda qurulan 10 müxtəlif növ iş masaları əvəzinə, iki və yaxud üç növ masaların dəyişilməsi və digər tərzdə qurulması daha asan vəzifədir. İşçi sayının kəskin artması və yaxud azalması şirkətləri tezliklə köçüb, yerləşə biləcəkləri, digər sözlə artım zamanı rahat planlaşdırıla bilən və yaxud ixtisarlar baş verdikdə ofisin icarə müqaviləsinə ən qısa xəbərdarlıq verməklə xitam veilməsi mümkün olan məkanlara üstünlük verməyə vadar edir. Maraqlı fakt ondan ibarətdir ki, icarəçilər sözü gedən tələblərə cavab verən məkanlar, ofislər üçün daha yüksək icarə haqqı ödəməyə hazırdırlar.

Bu halda, icarədarlar böyük risklə üzləşirlər? Konkret bir içarəçi üçün yer tikə bilərlər və sonra həmin icarəçi bir ildən sonra getdiyi təqdirdə, həmin sahə boş qalmalıdır?

Sözsüz ki, bu hal baş verdikdı, icarəçi bütün investisiya risklərini icarədarın üzərinə qoymuş olur. Məhz bu səbəbdən, dizayn mərhələsində çevik dəyişdirilə bilən sistem və memarlıq həllərinin tətbiq çox əhəmiyyətlidir: bununla icarədar icarəçinin dəyişməsini ağrısız və məkanın yeni şirkət üçün tezliklə və yüksək xərc qoymadan uyğunlaşdırılmasını təmin edə bilər. Pulu işin əvvəlində təcrübəli memara, dizayn və mühəndislik sistemlərinə, habelə keyfiyyətli materiallara xərcləmək daha düzgün seçimdir. Bununla binanın tez zamanda köhnəlməyəcək və bazarda baş verən dəyişikliklərə daha tez uyğunlaşacaq. Beləliklə, məsələ yalnız keyfiyyət həllər tapmaqla bitmir. Bütün əşyaları düzgün quraşdırmaq və istifadə etmək lazımdır. Fikrimi kiçik misalla nümayiş etdirim: bahalı xalça alıb yalnış yapışdırıcıdan istifadə xalça plitələrin bir qisminin zədələnməsinə, aşağı qatının döşəməyə yapışıb qalmasına gətirib çıxaracaq ki, bu da yeni xalça plitələrin alınması və falş-döşəməyə dəyən ziyanın aradan qaldırılması ilə nəticələnəcək. Əlavə xərclər, sinir, günahkar şəxsin axtarışı və sair…Biz həmçinin bazarın sürətlə dəyişməsinə şahid oluruq: böyük şirkətlərdə işləmək hələ də prestij və maraq baxımından cəlbedicidir, lakin insanlar karyera və şəxsi həyat, idman, xobbilər və uşaqlarla vaxt keçirmək arasında tarazlığın qorunmasına daha çox cəhd edirlər. Müstəqil iş seçimləri və yaxud kiçik özəl şirkətlər bunun üçün geniş imkanlar açır.

Müasir tendensiyalar haqqında ən yeni məlumatları hardan əldə edirsiniz?

Biz daima baş verən prosesləri təhlil edir və təklif etdiyimiz həlləri yeni reallıq və tendensiyalara uyğunlaşdırırıq. Beləliklə, biz bu prosessləri qabaqlayıb, müştərilərimizə istiqamət göstərməyə müvəffəq oluruq. Biz bazara yeni həllər gətirir, şirkət ofisi, digər məkanlar və biznes mərkəzlərin planlaşdırılmasında yeni konsepsiyalar təqdim edir, icarədarlara icarəçilərin yeni ehtiyaclarına uyğunlaşmaqda yardımçı oluruq.

Leave a Reply

HAQQIMIZDA

Workplace Interiors daxili dizayn üzrə çox sahəli və tam çeşidli peşəkar şirkət və hazır layihə təminatçısıdır. Təklif etdiyimiz həllər - Azərbaycanda təmsil olunan və dünyanın ən qabaqcıl mebel, işıqlandırma, döşəmə, arakəsmə və asma tavan istehsalçılarının yüksək keyfiyyətli məhsullarıdır.

Məhsul Portfoliosu